7 mart 2015 13:30
Kazbek Tuayev: Mövcud limit özünü doğruldur
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev legioner limiti ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İK üzvləri arasında 6+5 limitinin özünü doğruldacağına şübhə ilə yanaşanlar var idi. Amma mən bu şübhələrə son qoyub demək istəyirəm ki, bu, bizim futbolumuzun gələcəyidir. Mövcud limitdən həm gənclərimiz, həm də bütün Azərbaycan futbolu ancaq qazanır. Çünki legionerlərin heç də hamısı özünü Azərbaycanda doğrulda bilmir. Qoy sayları az olsun, amma keyfiyyətli oyunçular olsun. Yerli futbolçuları üstələyən çox az legioner var. Bu baxımdan AFFA rəhbərliyini dəstəkləyirəm. Fikrimcə, indiki limit fəxr etməyə əsas verir".
