6 mart 2015 17:45

Ruslan Qurbanov: Baş məşqçiyə deyəcəyəm ki, hücumda oynamaq mənə rahat deyil

Azərbaycan yığmasının və Xorvatiyanın "Hayduk" klubunun hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi

- "Hayduk"da debüt matçınız barədə nə deyə bilərsiniz?
- Sağ olun ki, mənim çıxışımı diqqət mərkəzində saxlayırsınız. Bu, çox xoşdur. Debüt etdiyim üçün şadam. İkinci hissədə meydanda oldum. Baş məşqçi mənə güvəndi və əsas odur ki, komandamız qalib gələrək növbəti mərhələyə adladı. Artıq çempionat oyununa hazırlaşırıq.

- Baş məşqçi sizi meydana buraxanda nə tapşırdı?
- Dedi ki, hücumun sivri ucunda oynamalısan. Amma mənə yarımmüdafiənin sol cinahında oynamaq daha rahatdır. Bu gün baş məşqçi ilə bu barədə söhbət edəcəyəm.

- "Hayduk"un növbəti oyunlarında da meydana çıxacağınıza inanırsınız?
- Yeni komandama tam alışmaq üçün daha bir neçə oyun keçirməyim lazımdır. Öz üzərimdə daha çox çalışacağam ki, heyətə tez-tez düşüm, baş məşqçinin mənə olan etimadını doğruldum.

- Split şəhəri və "Hayduk" necə təsir bağışlayır?
- Burada gözəl atmosfer var. Bütün şəhər futbolla yaşayır. Mənim belə bir komandada çıxış etməyim bütövlükdə Azərbaycan futbolu üçün də müsbət haldır. Çünki ölkəmizdə çoxlu istedadlı oyunçu var ki, Avropada çıxış edə bilərlər. Mümkünsüz heç nə yoxdur. Sadəcə, özlərinə inanmaları lazımdır.

- "Hayduk"un əsas heyət oyunçusu Sandro Qotalanın zədəli olması sizin əsas heyətə yolunuzu açır?
- Ona tezliklə sağalmağı arzulayıram. Bir daha qeyd etmək istərdim ki, mənim üçün yarımmüdafiənin solunda oynamaq daha rahatdır, nəinki hücumun sivri ucunda. Hücumda özümü o qədər də yaxşı hiss etmirəm.

- Azərbaycandan sizi yeni klubunuzdakı debütünüzə görə təbrik edən olub?
- "Neftçi"dən olub. Bu klub məni həmişə dəstəkləyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.