6 mart 2015 17:30
Dodo: Təəssüf ki, Qəbələyə növbəti oyunlarda kömək edə bilməyəcəyəm
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo aldığı ciddi zədə ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Təəssüf ki, zədəm belə ciddi oldu. Komandama qarşıdakı vacib oyunlarda kömək edə bilməyəcəyimə görə çox təəssüflənirəm. Ümid edirəm ki, "Qəbələ" bu müddət ərzində itkisiz irəliləyəcək".
