6 mart 2015 16:15
Erat Bohuma qarşı oynaya bilməyəcək
Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Erat Almaniyanın ikinci bundesliqası çərçivəsində keçiriləcək "Bohum"la oyunda "Fortuna"ya kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb onun sağlıq probleminin olmasıdır.
Hazırda həkimlərin nəzarətində olan futbolçumuz bir müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq.
