6 mart 2015 15:30

Hafiz Məmmədov: Bakının maliyyə problemi yoxdur, bizə borcu olanlar var

"Bakı"nın prezidenti Hafiz Məmmədov klubun hazırkı durumu ilə bağlı sualları cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- "Bakı"da hazırda vəziyyət nə yerdədir?
- Bizdə maliyyə problemi yoxdur. Amma bizə borcu olanlar var. Söhbət böyük pullardan gedir. İndi onların bizə olan borcunu qaytarmasını istəyirik. Artıq bizə borcu olanların adını mətbuat vasitəsilə açıqlamaq məcburiyyətindəyəm. Məsələn, "Xəzər Lənkəran"ın sponsoru "Palmali" şirkəti. Xüsusən, cənab Ələddin bəyin adını çəkmək istərdim. Hansı ki, uzun müddətdir onu tapa bilmirəm. Bundan hətta klub prezidenti Mais Mənsimovun da xəbəri var. Mübariz Mənsimovu narahat etmək istəmirəm. Çünki bu danışıqları Ələddin bəylə aparmışıq. Onlar vaxtilə bizdən böyük məbləğdə pul götürdülər. İndi isə biz həmin pulun qaytarılmasını istəyirik. Çünki "Lans"a maliyyə dəstəyi lazımdır. Son zamanlar bu komanda ilə azarkeşləri arasında münasibətlər heç də qaydasında deyil. Eyni sözləri fanatların mənə, klub prezidenti Jerve Martelə münasibətinə də aid etmək olar. Sabah "Lans"ın oyunu var. Heç olmasa sabahadək bank zəmanəti almalıyıq. Maksim bazar ertəsi günü səhərədək vaxtımız var ki, bu pulu alıb, problemi yoluna qoyaq. Biz Azərbaycanın Fransada təbliğatı yolunda əlimizdən gələni edirik. Amma belə nüanslar bizə mane olur.

- Hansı məbləğdən söhbət gedir?
- Mən borcun məbləğini açıqlamaq istəmirəm. Amma mən bu borcun qaytarılması üçün çox gözlədim. Məhz bu borclar qaytarılmadığına görə belə vəziyyətlə üzləşdik. Bizim maliyyə problemimiz yoxdur. Sadəcə, alınan borcların qaytarılmasını gözləyirik.

- "Bakı" yeni mövsümdə çıxış edəcək?
- Komanda növbəti mövsümdə daha yaxşı və güclü heyətlə çıxış edəcək. Heyətdəki dəyişiklikləri siz də görəcəksiniz. Rəhbərliyin heç bir maliyyə problemi yoxdur. Əgər borcumuzu qaytarsalar, biz komandanın da vəziyyətini yaxşılaşdıracaağıq. Bizə borcu olanlar arasında Premyer Liqanın üç iştirakçısının sponsoru da var.

- "Atletiko" və "Lans"la müqavilələrin müddəti artırılacaqq?
- "Atletiko" ilə müqavilənin müddəti mvsümün sonunda başa çatacaq. Amma bu klubla işbirliyinin davam etməsini istəyirik. Onlar da əməkdaşlığa hazırdılar. Hətta əvvəlkindən də az məbləğə. "Lans"ın aksiyaları isə bizə məxsusdur. Azərbaycanın Fransadakı təbliğatını daha da gücləndirmək üçün bu komandanın da inkişafına kömək etməliyik.

- Mətbuatda belə bir iddia yayılmışdı ki, "Bakı" ilə Azərbaycan Qolf Federasiyası arasında münaqişə yaranıb...
- İlk növbədə AFFA rəhbərliyinə "Bakı"ya göstərdikləri köməyə görə təşəkkürümü bildirirəm. Xüsusilə də Rövnəq Abdullayevlə Elxan Məmmədova. Ölkədən kənarda olarkən qolf federasiyası ilə münaqişə barədə mətbuatın yazdıqları ilə tanış oldum. "Bakı"nın bazası bundan öncə də əksər komandaların məşq və oyunlarına ev sahibliyi edib, bundan sonra da elə olacq. Bu baza təkcə komandamızın yox, bütövlükdə Azərbaycan futbolunun inkişafı yönündə önəmli rol oynayır. Belə bir vəziyyətdə bazanın daha yaxşılaşmasına kömək etmək lazımdır, daha onu pis günə qoymağa çalışılmamalıdırlar. Əgər kimsə bazamızda, stadionumuzda problemlər yaratmağa çalışır, o, Azərbaycan idmanına qarşı çıxır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.