6 mart 2015 15:00
AFFA prezidenti Bakı və Araz Naxçıvanın aqibəti barədə danışdı
AFFA prezidenti Rövnəq Abdullayev "Bakı"nın üzləşdiyi duruma münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz “Bakı”ya maddi dəstək vermirik. Sadəcə, “Bakı” bizə bank zəmanətini təqdim etdi. Biz də bankdan tələb etdik ki, kluba maliyyə ayırsın. Hər klubun bir illik bank zəmanəti olur. Gələn il nə olacağı bizdən asılı deyil. "Araz Naxçıvan"a gəlincə, bu komanda çempionatdan çıxarılıb. Artıq klubun Premyer Liqaya qayıdışı mümkün deyil. Növbəti mövsümdən birinci divizionda da iştirak edə bilməyəcəklər. Çünki onlar cəzalandırılıb".
