6 mart 2015 14:45
Hafiz Məmmədov Palmalidən borcunu tələb etdi
"Bakı"nın prezidenti Hafiz Məmmədov "Palmali" şirkətlər qrupunun rəhbərliyinə müraciət edərək, onlara olan borcunun qaytarılmasını tələb edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Buradan “Palmali” şirkətinə səslənərək onların mənim rəhbərim olduğu “Baghlan groupa” borcunu qaytarmağa çağırıram. Əks halda bunun yaxşı nəticələri olmaya bilər. Biz “Lans” klubuna pul ödəməliyik. Bu olmasa, sabah klubun oyunçuları, azarkeşləri arasında ciddi narazılıq yarana bilər. Onlar təcili olaraq, bizə olan borcunu qaytarmalıdır”.
