6 mart 2015 14:15
Rövnəq Abdullayev: Digər klublarımıza da Sumqayıtdakı uğurları arzulayıram
AFFA prezidenti Rövnəq Abdullayev "Sumqayıt"da futbolun inkişafı yoluna aparılan işlərdən razılığını ifadə edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Sumqayıt" çox yaxşı oynayır. Aqil Məmmədov komanda ilə çox yaxşı çalışır. Onların son dövrlərdə yığma komandalara nə qədər futbolçu verdiyini hesablayın. Digər klublarımıza da belə uğurlar arzulayıram".
