6 mart 2015 13:45
Rövnəq Abdullayev: İK-nın əsas qərarı gənclərin maaşına limitlə bağlı oldu
AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsində qəbul olunan qərarlarla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İK-nın əsas qərarı 21 və 23 yaşadək futbolçuların maaşına limit tətbiq olunması barədə oldu. Çoxlu mübahisə oldu. Amma bu, klubların tələbi olduğundan, qəbul etməli olduq.
İkinci qərar teleyayımla bağlıdır. Kanallar arasında tender elan olunacaq. Tenderin qalibi müəyyən məbləğ ödəməlidir. Həmin məbləğ də PFL və klublar arasında bölünəcək".
