6 mart 2015 13:00
Cahangir Hacıyev: İnterin yeni baş məşqçisinin kim olacağını heç mən özüm də bilmirəm
"İnter"in fəxri prezidenti Cahangir Hacıyev komandanın baş məşqçi postu ilə bağlı qeyri-müəyyənliyə münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mövsümün sonunda Kaxaber Sxadadze postunu tərk edəcək. Biz onun Gürcüstan yığmasında da fəaliyyətə başlamasına sevinirik. Amma bunun klubumuz üçün də necə vacib əhəmiyyət daşıdığını gözəl bilirik. Yeni baş məşqçi kim olacaq? Bunu heç mən özüm də bilmirəm. Bosniyalı mütəxəssis Marino Pusiç köməkçi məşqçi kimi komandaya dəvət olnub. Bu, hələ onun mütləq baş məşqçi olacağı anlamına gəlmir".
