6 mart 2015 12:45
AFFA İcraiyyə Komitəsində dəyişiklik edildi
AFFA İcraiyyə Komitəsində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, İK-nın iki yeni üzvünün kimliyi artıq bəllidir.
Belə ki, dünyasını dəyişən Ələkbər Məmmədovun əvəzində AFFA-nın Klublar Komitəsinin sədri Vaqif Sadıqov İK-ya üzv seçilib.
Bir müddət öncə İK-dan çıxan Elmar Qasımovu isə təhsil nazirinin müavini Firudin Qurbanov əvəzləyib.
