6 mart 2015 12:00
Karen Espelund: Klublar qızları da futbola cəlb etməlidirlər
UEFA İcraiyyə Komitəsinin üzvü Karen Espelund Azərbaycana gəlişi ilə bağlı açıqlama verib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şəhərə gələndə yeni stadionu gördüm. Bu, böyük layihədir. UEFA Azərbaycanı həmişə dəstəkləyib. Birgə çalışmalıyıq. Biz istəyirik ki, bütün uşaqlar futbol oynasınlar. Qadın futbolunun da inkişafını çox istəyirik. Əgər klublar qızları da futbola cəlb etsələr, bu, ölkə futbolunun inkişafında mühüm rol oynayacaq".
