Elxan Məmmədov: Hədəf AÇ-2020 üçün güclü komanda formalaşdırmaqdır
Bu gün AFFA-nın növbəti konfransı keçirilir. Azerisport.az xəbər verir ki, qurumun baş katibi Elxan Məmmədov tədbirdə çıxış edib:
"17 və 19 yaşadək futbolçulardan ibarət komandalarımızın Avropa Çempionatının elit mərhələsinə yüksəlməsinə şadıq. Bu mərhələdə zəif komanda olmur. Hər iki komandamıza növbəti mərhələdə uğurlar arzulayırıq.
Oktyabrda "Mançester Yunayted"in Bakıda futbol məktəbi açıldı. Bu, Azərbaycan üçün çox mühüm brenddir.
10 yaşlıların çempionatında 1053 uşaq çıxış edir.
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində oynaması da bizi sevindirdi. Yeni mövsümdə yeni uğurlar gözləyirik.
2020-ci ildə Bakını böyük bir bayram gözləyir. Biz Avropa çempionatını qəbul edəcəyik. Hədəfimiz həmin vaxtadək güclü bir yığma komanda formalaşdırmaq və turnirin bizim payımıza düşən hissəsini uğurlu keçirməkdir".
