5 mart 2015 17:45

Mirhüseyn Seyidov: AZAL Bakcell Arenaya müdafiədə oturmağa gəlmişdi

"Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun azerisport.az saytına müsahibəsi

- AZAL-la ilk kubok oyunu barədə nə deyə bilərsiniz?
- Kubok oyunları iki görüşdən ibarət olur. AZAL bu oyunda axıradək bağlı futbol oynadı. Biz qol vurmaq, qələbə qazanmaq istəyirdik. Amma əsas odur ki, qol buraxmadıq.

- "Neftçi"nin fəqlənə bilməməsinə nə səbəb oldu?
- Sadəcə, rəqib öz qapısına daha yaxın oynadı. Onlar bura müdafiə olunmaq üçün gəlmişdilər. Çox səhv buraxmadılar. Artıq hər şey cavab oyununa qaldı. Düzdür, işimizi çətinləşdirdik, amma cavab oyununda mərhələ adlamaq üçün yaxşı şansımız var.

- Yarımfinala çıxacağınıza inam var?
- Qış fasiləsindən sonra AZAL-la üç oyun keçirmişik. Onlarla oynamağın necə çətin olduğunu bilirik. Səfərdə onlara qalib gəlmişik. İndi bunu yenidən təkrarlamalıyıq.

- Flavinyo və Vobayın start heyətdə yer almaması oyununuza təsir etdi?
- Bu, baş məşqçinin qərarı idi. Kimin oynamasının fərqi yoxdur. Əsas, verilən tapşırıqları yerinə yetirmək idi.

- "Neftçi" bu mövsüm mükafatsız qalsa, bu, komanda üçün faciə olmayacaq?
- Bəli. Amma çempionatda da şansımız hələ qalır. Bizim "İnter"lə də oyunumuz var. Mübarizəni sonadək davam etdirəcəyik. Kim bilir, bəlkə "Qarabağ" da xal itirəcək.

- "Qarabağ"ın "Qəbələ"yə məğlubiyyəti çempionatda intriqanı artırdı?
- Əlbəttə. "Qəbələ"nin qələbəsi bizim üçün düşərli oldu. Artıq xal fərqi 7-yə enib. İndi bizə "Qarabağ"la oyunda bu fərqi daha da azaltmaq qalır.

- "Neftçi"də qol vəziyyətlərindən yararlanmaqla bağlı problem var?
- Bəli. Amma buna görə kimisə günahlandırmaq lazım deyil. Zədəli futbolçularımız var. Nfor oynamır. Bütün yük Kanalesin üstünə düşüb.

- Klub prezidenti Sadıq Sadıqov oyunlarınıza gəlmir. Niyə?
- Biz onunla bazada hər gün görüşürük. Onun oyunlarımıza televizordan da baxmaq imkanı var. Əsas odur ki, onun dəstəyini hiss edirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.