5 mart 2015 17:15
Draqan Çeran: Qəbələyə qarşı oynamaq çətin idi
"Simurq"un hücumçusu Draqan Çeran Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İndi biz bir qədər yorğunuq. Amma yaxşı oyun keçirdik. "Qəbələ"yə qarşı oynamaq çətin idi. Amma diqqətli oynayaraq, üç qol vurmağı bacardıq. Cavab oyununu da unutmamaq lazımdır. Yarımfinal barədə heç nə deyə bilmərəm".
