5 mart 2015 16:45
Qara Qarayev: Qarabağ hələ yarımfinal barədə düşünməməlidir
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Bakı" üzərində qazandıqları qələbəni (3:0) şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"İnamlı qələbə qazandıq. Amma bu, artıq yarımfinal mərhələsi barədə düşünməyimizə əsas vermir. Bu qələbə bizi arxayınlaşdırmamalıdır. Qarşıda cavab oyunu var, ona da ilk oyundakı kimi ciddi hazırlaşmalıyıq".
