5 mart 2015 16:30
Dodo 3 həftə oynamayacaq
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan ilk matçda - "Qəbələ" - "Simurq" qarşılaşmasının 73-cü dəqiqəsində zədələnərək oyunu tərk edən Dodo 3 həftə yaşıl meydanlardan kənar qalacaq. Azerisport.az xəbər verir ki, bu gün müayinədən keçən braziliyalı futbolçunun diz bağlarında zədə aşkar olunub.
