4 mart 2015 14:15

Vaqif Cavadov: Mənim üçün Bolusporda heç bir problem yoxdur

Azərbaycan yığmasının və Türkiyənin "Boluspor" klubunun hücumçusu Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi

- Son dövrlər baş məşqçiniz sizi daha çox ikinci hissədə oynadır. Sizə niyə daha çox güvənilmir?
- Burada söhbət güvənməkdən getmir. Məndə hər şey yaxşıdır. Tezliklə daha çox oynamaq şansı qazanacağam.

- Siz yəqin ki, bunun səbəbini bilirsiniz...
- Heç bir səbəb yoxdur. Məşqçilər korpusunun öz taktiki planları var. Həm də mən komandaya gec qoşulmuşam. Mənim üçün burada heç bir problem yoxdur.

- Mövsümün sonunda komandanızı dəyişmək fikriniz yoxdur?
- Düzü, məni burada hər şey qane edir. Klubla 6 ay+1 il şərti ilə müqavilə imzalamışam. Hələ bu klubdan ayrılmaqla bağlı heç bir planım yoxdur. Amma futbolçu həyatı elədir ki, hər şey dəyişə bilər.

- "Boluspor"la oyununuzu izləməyə Robert Prosineçki də gəlmişdi?
- Bəli. O, oyunu izlədi. Oyundan sonra isə görüşdük, söhbət etdik.

- Nə barədə?
- Deməyəcəyəm (gülür). Bu diqqətinə görə ona təşəkkürümü bildirirəm. Xoş oldu.

- Onunla söhbətinizdən dəqiqləşdirə bildiniz ki, Malta ilə oyuna dəvət alacaqsınız?
- Bu barədə heç nə deyə bilmərəm. Necə qərar qəbul edəcəyini özü bilər. Mən öz növbəmdə yalnız onu deyə bilərəm ki, milli komandanın düşərgəsinə getməyə hazıram. Lazım bilsələr, can-başla oynayaram.

- Yığmamızın Türkiyə toplanışını izləyirdiniz? Orada olmadığınıza görə təəssüflənmədiniz?
- Mən istəsəydim də klub buraxmazdı. Toplanışa gəlincə, uşaqlarla danışırdım. Hamısı yeni baş məşqçidən, onun işə münasibətindən razılığını bildirirdi. Prosineçki ilə görüşümüz zamanı da komanda yoldaşlarımın necə haqlı olduqlarının şahidi oldum. Prosineçki çox yaxşı insandır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.