4 mart 2015 13:15
Tuyqun Nadirov: Bu ay AFFA İK iki dəfə toplanmalıdır
"Xəzər Lənkəran"ın vitse-prezidenti, AFFA Klublar Komitəsinin rəhbəri Tuyqun Nadirov İcraiyyə Komitəsinin qarşıdakı iclası ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məndə olan məlumata görə, bu ay AFFA İcraiyyə Komtisənin iki toplantısı nəzərdə tutulub. Klublar Komitəsi adından öz təkliflərimizi təqdim etmişik və İK üzvlərinin qərarını gözləyirik. İlk növbədə gənc futbolçuların maaşlarına limit qoyulması məsələsini qeyd edə bilərəm. Klublar Komitəsinə gəlincə, bu ay daha bir toplantımız nəzərdə tutulub".
