4 mart 2015 12:30
AFFA-nın Konfransının keçirilmə yeri dəyişdirildi
Xəbər verdiyimiz kimi, martın 6-da, saat 11:00-da AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, təşkilati işlərlə əlaqədar tədbirin keçirilmə yeri dəyişdirilib.
Konfrans, əvvəlcədən bildirildiyi kimi, “Hilton” otelində deyil, “Park İnn” otelində təşkil olunacaq. (AFFA)
