4 mart 2015 00:30
Qalatasaray Branimir Subaşiç və komandasını 4 qolla məyus etdi
Türkiyə Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Qalatasaray"la qarşılaşıb. Subaşiçin klubu Super Liqanın liderinə 4 cavabsız qolla uduzub. Branimir matçın 46-cı dəqiqəsindən mübarizəyə qoşulsa da, komandasını darmadağından xilas edə bilməyib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu aprel ayının 8-də keçiriləcək.
