4 mart 2015 00:25
Tərlan Əhmədov 2 oyun izləyib, qayıtdı
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov PRO kurslarının tələblərinə uyğun olaraq Portuqaliyada təcrübə keçir. Azerisport.az xəbər verir ki, "Pakuş de Ferreyra"nın düşərgəsində olan gənc mütəxəssis fürsətdən istifadə edərək Primeyra Liqanın 2 matçını stadiondan canlı izləyib.
Əhmədov əvvəlcə "Portu" - "Sportinq" (3:0), daha sonra isə "Belenenseş" - "Pakuş de Ferreyra" (0:1) görüşlərində stadionda olub.
Qeyd edək ki, baş məşqçi ötən gecə saatlarında vətənə qayıdıb və bu gün komandanı "Neftçi" ilə ölkə kubokunun ilk 1/4 final matçına çıxaracaq. (klub saytı)
