4 mart 2015 00:15

Qəbələ 30-cu duelə hazırlığı başa vurdu

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununun hazırlıqlarını başa vurub. Azerisport.az xəbər verir ki, martın 4-də Qəbələ şəhər stadionunda “Simurq”a qarşı keçiriləcək matça doğma meydanda hazırlaşan “qırmızı-qaralar” ötən gün son məşqinə çıxıb.

Roman Qriqorçukun yetirmələri görüşə tam heyətlə hazırlaşa bilməyib. Düzdür, Rəşad Sadiqov zədədən sonra tam sağalaraq komanda ilə birlikdə məşq edib. Lakin Cavid Hüseynov yalnız fərdi hazırlıqla kifayətlənib, hələ də zədədən əziyyət çəkən Ruslan Əmircanov isə ümumiyyətlə məşqə qatılmayıb.

1/4 final mərhələsinin Qəbələ şəhər stadionunda keçiriləcək ilk oyunu saat 19:00-da başlayacaq. Görüş “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, ilk dəfə hər iki komandanın birinci dəstədə çıxış etdiyi 2005/06 mövsümündə qarşılaşan rəqiblər 30-cu dəfə üz-üzə gələcək. Bu matçlarda 12 dəfə “Qəbələ”, 10 dəfə “Simurq” qalib gəlib, 7 dəfə qalib müəyyənləşməyib. Vurulan 59 qoldan 32-ni “qırmızı-qaralar”, 27-ni rəqibi vurub. Kubokda yalnız 1 dəfə üz-üzə gələn rəqiblər 2007/08 mövsümünün 1/8 finalında görüşüb. Hər komandanın öz meydanında qalib gəldiyi dueldə “Qəbələ” səfər qolu ilə mərhələ adlamışdı – 1:0, 1:2. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.