4 mart 2015 00:05

Azərbaycan kubokunda 1/4 final həyacanı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, mübarizəni davam etdirəcək 4 cütdən üçü əvvəlki mövsümlərdə də münasibətlərini aydınlaşdırıb.

Bu cütlər arasında yalnız "Neftçi" ilə AZAL indiyədək bu turnirdə görüşməyiblər. Paytaxt klublarının duelində "ağ-qaralar" favorit görünürlər. Premyer Liqada çempionluq şansını demək olar ki, itirən Arif Əsədovun komandası ən azı kuboku qazanmağa çalışacaq ki, bu yolda AZAL-ı mübarizədən kənarlaşdırmaq şərt olacaq. Lakin "təyyarəçilər" də sürpriz etmək üçün əllərindən gələni edəcəklər. Bu yolda səfərdə keçiriləcək ilk oyundan sərfəli nəticə ilə ayrılmaq vacibdir. Belədə, Tərlan Əhmədovun komandası Şüvəlanda keçiriləcək cavab oyununda sürprizə imza ata bilər.

İndiyədək kubokda yolları bir neçə dəfə kəsişən "İnter"lə "Xəzər Lənkəran"ın dueli də maraqla gözlənilir. 6-cı dəfə kubokda üz-üzə gələn komandalar əvvəlki 5 dueldə 8 matça çıxıb. Bunlardan ikisi finala təsadüf edib. Kiçik üstünlüyə malik “Xəzər Lənkəran” bu görüşlərin hamısında qol sevinci yaşayıb. Amma “İnter” son 3 oyunda rəqibinə uduzmayıb. Bütövlükdə, 8 oyundan 2-də "İnter" qələbə qazanıbsa, 3-də "Xəzər Lənkəran" qalib gəlib. Daha 3 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqi də cənubluların xeyrinədir - 10:8. Amma bu dəfə paytaxt təmsilçisi cütün favoritidir. Gənclərin ümidinə qalan "ağ-yaşıllar" Premyer Liqanın ikincisinə yarımfinala çıxmağa mane olması inandırıcı görünmür.

Eyni sözləri - "Qarabağ" - "Bakı" cütünə də aid etmək olar. Bu komandalar da kubokda indiyə qədər 8 oyun keçiriblər ki, onların 5-də Ağdam klubu qələbəni bayram edib. 2 oyun sülhlə bitdiyi halda, bir dəfə də "zolaqlılar" qalib gəliblər. Paytaxt təmsilçisi əvvəlki 4 dueldən yalnız birində mərhələ adlaya bilib. Böyük üstünlüyə malik “Qarabağ” son 3 ev oyununda qol buraxıb. Amma son çempionatın qalibi, Premyer Liqanın indiki liderinin bu dəfə də "Bakı"nı mübarizədən asanlıqla kənarlaşdıracağı şübhə doğurmur.

1/4 final mərhələsinin əsas qarşıdurması isə "Qəbələ" ilə "Simurq" arasında baş tutacaq. Kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar 8 ildən sonra üz-üzə gələcək. Hər iki klubun öz meydanında qalib gəldiyi əvvəlki duelin taleyini səfər qolu həll edib. Nəticədə hər iki görüşdə qol vuran “Qəbələ” mərhələ adlayıb - 1:0, 1:2. Amma bu dəfəki dueldən hansı komandanın qalib çıxacağını proqnozlaşdırmaq bir qədər çətin görünür.
 
Azərbaycan Kuboku
1/4 final
(ilk oyunlar)
4 mart

17:00. “Neftçi” - AZAL
Bakı. “Bakcell Arena”.

17:00. “İnter” - “Xəzər Lənkəran”
Bakı. “İnter Arena”.

17:00. “Qarabağ” - “Bakı”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

19:00. “Qəbələ” - “Simurq”
Qəbələ şəhər stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.