3 mart 2015 18:30

Qurbanov: Məqsədim Haydukun heyətində möhkəmlənməkdir

Azerisport.az sizi "Neftçi"nin futbolçusu, icarə əsasında Xorvatiyanın "Hayduk" (Split) klubunda çıxış edən Ruslan Qurbanovun müsahibəsi ilə tanış edir.

- Ruslan, "Neftçi" azarkeşləri, futbolsevərlərimiz daim səninlə maraqlanır. Xorvatiyada, yeni komandanda özünü necə hiss edirsən?
- Əvvəlcə, "Neftçi" azarkeşlərini buradan salamlayıram. Çox sağolsunlar ki, xatırlayırlar, unutmurlar. Burada yeni olsam da, demək olar ki, mühitə öyrəşmişəm. Komandamızda əla ab-hava var. Artıq bir çox futbolçu ilə dostlaşmışam. Xüsusən də Artyom Milevski ilə əla münasibətimiz var.

- Yəqin ki, ilk oyuna çıxacağın günü səbrsizliklə gözləyirsən...
- Bura ehtiyatda oturmağa gəlməmişəm. İstəyirəm ki, özümü sübut edim. "Neftçi" rəhbərliyi "Hayduk"a keçidim üçün hər cür köməyi göstərdi. İndi qalır bu etimadı doğrultmaq. Sabah Xorvatiya kuboku uğrunda oyunumuz var. 1/4 final mərhələsində cavab matçına çıxacağıq. Rəqibimiz "Vinoqradar" klubudur. Bu qarşılaşmada özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam. Məqsədim komandanın heyətində möhkəmlənməkdir.

- "Hayduk Split" klubunda neçə nömrəli futbolka ilə oynayacaqsan?
- Əslində mən "Neftçi"də olduğu kimi 23 nömrəli futbolkanı istəyirdim. Amma mənə dedilər ki, istəsəm, 7 nömrəli futbolkanı da götürə bilərəm. Hələ uşaq vaxtından bu nömrəli futbolka çox xoşuma gəlirdi. Ona görə də 7-ni seçdim.

- Komandanın hədəfləri barədə danışardın.
- Çempionatda hazırda 4-cü yerdəyik. Məqsədimiz avrokuboklara vəsiqəni təmin etməkdir. Ölkə kubokunda isə yalnız qələbə və maksimum nəticə üçün mübarizə aparırıq.

- Orada oyunlara azarkeş marağı nə səviyyədədir?
- Burada futbolu çox sevirlər. İnsanların futbola böyük marağı var. Ötən tur komandamızın ev oyununa çoxlu azarkeş gəlmişdi. Belə bir şəraitdə oynamaq futbolçu üçün də çox xoşdur. İstəyirəm ki, mən də öz oyunumla azarkeşlərin sevimlisinə çevrilim.

- İcarə müddəti mövsümün sonunda bitir...
- Düzdür, müqaviləm mövsümün sonuna kimidir. Əgər bu müddətdə istədiyim oyunu nümayiş etdirə bilsəm, razılaşmanın müddəti uzanacaq. İstəyirəm ki, Azərbaycanı və "Neftçi"ni burada layiqincə təmsil edim. ("Neftçi"nin saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.