3 mart 2015 13:30

Robert Prosineçki üçün nigeriyalı təhlükə

Malta yığmasının baş məşqçisi Pyetro Qodin komandasının hücum xəttini gücləndirmək yönündə önəmli addım atıb. Azerisport.az xəbər verir ki, bundan sonra yerli "Qormi" klubunun hücumçusu Alfred Effionq da Malta yığmasında çıxış edəcək.

Qeyd edək ki, Effionq 2005-ci ildən Malta çempionatında oynayır. O, artıq beş ildir yerli xanımlardan biri ilə ailə də qurub. Məhz bu üzdən əslində nigeriyalı olan futbolçuya Malta vətəndaşlığı verilib. Millinin baş məşqçisi isə onu qarşıdakı oyunlara dəvət etməyə hazırlaşır. Effionqun millidəki rəsmi debüt matçı Azərbaycanla görüşə təsadüf edə bilər. AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək həmin oyun martın 28-də baş tutacaq. Bundan öncə isə ayın 25-də maltalıları Gürcüstan yığması ilə yoxlama oyunu gözləyir.

"Şadam ki, mənim bu istəyim həyata keçdi və mən artıq Malta vətəndaşıyam. Məşqçilərin mənə bəslədiyi ümidləri doğrultmaq istəyirəm. Bu, mənə güvənən və 10 ildən çoxdur yaşadığım ölkənin inamını doğrultmağım üçün bir şansdır".

Qeyd edək ki, Malta yığması seçmə mərhələdə Azərbaycan millisindən öndədir və hesabında 1 xal var. Bu komanda ilə görüş millimizin çalışdırıcısı Robert Prosineçki üçün ilk rəsmi oyun olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.