3 mart 2015 12:45

Kubokda 4 illik məğlubiyyətsiz seriya davam edəcək?

Azərbaycan kubokunda mübarizə əsas mərhələyə qədəm qoyur. Azerisport.az xəbər verir ki, məhz 1/4 final mərhələsindən baslayaraq qalib 1 deyil, 2 oyunun nəticəsinə əsasən müəyyənləsir. “Qəbələ”nin bu mərhələdə rəqibi “Simurq”dur.

Davam edən ənənə

Püşkə əsasən "Qəbələ"nin Zaqatala təmsilçisi ilə ilk oyunu martın 4-də evdə olacaq. Bununla da özünəməxsus ənənə davam edəcək. Belə ki, bu komanda kubokda ardıcıl 5-ci mövsümdür, bu mərhələdə ilk matçını öz meydanında keçirəcək. “Qəbələ” yarımfinala vəsiqə qazanarsa, birinci oyunu bu dəfə rəqib meydanında keçirəcək. Potensial rəqib “Qarabağ” - “Bakı” matçında müəyyənləşəcək.

“Simurq”la uğurlu ilk sınaq

“Qəbələ” 2005/06 mövsümündən çıxış etdiyi ölkə kubokunda indiyədək 38 rəqiblə üz-üzə gəlib. “Simurq”la yollar bir dəfə kəsişib. Həmin duel 2007/08 mövsümünə təsadüf edib və "Qəbələ" üçün uğurlu olub. Onda ilk oyunda 1:0 hesabı ilə qalib gələn “Qəbələ” Zaqatalada keçirilən cavab matçında 1:2 hesabı ilə uduzsa da, səfərdə vurulan qol komandanı 1/4-ə çıxarıb. Yeri gəlmişkən, onda "Qəbələ" ilk dəfə bu mərhələnin iştirakçısı olub.

Kubokda 4 illik məğlubiyyətsiz seriya

“Qırmızı-qaralar” ölkə kubokunda 41-ci matçına çıxacaq. Bu turnirdə komandanın hesabında 20 qələbə, 11 heç-heçə və 9 məğlubiyyət var. Ötən mövsüm tarixində ilk dəfə finala çıxan “Qəbələ” “Neftçi”yə yalnız matçsonrası penaltilər seriyasında yenilib. Bunu nəzərə almasaq, "Qəbələ" kubokda 12 matçlıq məğlubiyyətsiz seriyaya malikdir. Həmin uğurlu seriya 2010/11 mövsümündə, həm də məhz 1/4 final mərhələsindən başlayıb. “Qəbələ” 2011-ci il martın 8-də “Bakı”ya səfərdəki cavab matçında 0:1 hesabı ilə uduzduqdan sonra kubokda artıq 4 ildir oyunda məğlub olmur.

"Qəbələ" bu mövsüm kubokda mübarizəyə böyük hesablı qələbə ilə başlayıb. Belə ki, bu komanda 1/8 finalda I divizion təmsilçisi “Ağsu”nu 3:0 hesabı ilə məğlub edib.

Yeni baş məşqçi 7-ci mütəxəssis olacaq

Bu il kubokda ilk oyun ukraynalı baş məşqçi Roman Qriqorçuk üçün əlamətdar olacaq. Belə ki, 50 yaşlı çalışdırıcı Azərbaycan kubokunda debüt edəcək. Qriqorçuk sabiq çalışdırıcılar - Faiq Cabbarov, Ramiz Məmmədov, ingiltərəli Toni Adams, türkiyəli Fatih Kavlak, rusiyalı Yuri Syomin və rumıniyalı Dorinel Muntyanudan sonra Azərbaycan kubokunda debüt edən 7-ci mütəxəssis olacaq.

Ukraynalı çalışdırıcı məşqçilik karyerasında kubok qazana bilib. Qriqorçuk bu uğura 2 dəfə - 2005 və 2007- ci illərdə Latviyada “Ventspils” klubunu çalışdırdığı dövrdə nail olub. Qriqorçuk bu ölkənin digər təmsilçisi “Dinaburq”un baş məşqçisi olduğu zaman isə 2001-ci ildə kubokun finalçısı olub. O, “Qəbələ”yə gələnədək vətənində rəhbərlik etdiyi “Çernomorets”lə də ölkə kubokunun finalınadək irəliləyib. Ancaq 2012/13 mövsümünün həlledici matçında “Şaxtyor”a 0:3 hesabı ilə uduzan Odessa təmsilçisi titul qazana bilməyib. Ancaq buna baxmayaraq, “Şaxtyor” həmin mövsümün çempionu olduğundan, Qriqorçukun komandası Avropa Liqasına vəsiqə qazanıb.

"Qəbələ" İK qəzeti

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.