3 mart 2015 12:00
Emil Balayev Ayntraxtın əsas qapıçısı ola bilər
Azərbaycan yığmasının qapıçısı Emil Balayev növbəti mövsümdən Almaniyanın "Ayntraxt" klubunun əsas heyət oyunçusuna çevrilə bilər. Azerispot.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, komandanın baş məşqçisi Tomas Şaaf Balayevi xüsusi diqqətdə saxlayır. Feliks Vidvaldın yayda komandadan getməsi gözlənilir. Onun xidmətində Bremen "Verder"i maraqlıdır. Balayevin əsas rəqibi isə Kevin Trapp olacaq.
"İstisna deyil ki, Şaaf azərbaycanlı qapıçıya üstünlük versin" - sözügedən məqalədə belə qeyd olunub.
