3 mart 2015 11:45

Kamran Ağayev: Növbəti oyunda meydana çıxmalıyam

Azərbaycan yığmasının və Türkiyənin "Kayserispor" klubunun qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi

- Türkiyədəki işləriniz necə gedir?
- Son dövrlər komandanın nəticələri elə də ürəkaçan deyil. Baxmayaraq ki, liderliyimiz hələ də davam edir.

- Əsas qapıçınız son turlarda çox qol buraxır. Amma sizə yenə də şans vermirlər...
- Mənim kiçik zədəm var idi. Buna görə xeyli müddət idi normal məşq edə bilmirdim. Artıq hər şey arxada qalıb və qaydasındayam.

- Komandanız martın 9-da "Bucaspor"la oynayacaq. Sizi bu görüşdə əsas heyətdə görə bilərik?
- Əgər zədəm olmasa, növbəti turda meydana çıxmalıyam. Amma istənilən halda hər şeyə baş məşqçi qərar verir.

- Yığmanın baş məşqçisi Robert Prosineçki ötən tur Mahir Şükürovlu "Karşıyaka"nın, Vaqif Cavadovlu "Boluspor"un oyununu canlı izlədi. Xorvatiyalı təsadüfən Kayseriyə də gəlməyib?
- Xeyr.

- Yığmamızın Türkiyə toplanışını izləyirdiniz?
- Mətbuat vasitəsilə xəbər tutmağa çalışırdım. Ukrayna "Şaxtyor"u ilə oyuna baxa bilmədim. Çünki həmin vaxt məşqimiz vardı. Amma oyunun epizodlarına baxmıaşm. Təəssüf ki, məğlub olmuşuq. Halbuki, qələbə qazanmaq üçün də şans var idi.

- Malta ilə seçmə mərhələ oyununa dəvət gözləyirsiniz?
- Əgər dəvət etsələr, böyük məmnuniyyətlə gələcəyəm.

- Amma siz klubunuzda oynamırsınız. Sizcə, məşqçilər korpusu buna rəğmən sizə dəvət göndərər?
- Səhv etmirəmsə, Portuqaliya ilə oyundan öncə bir neçə ay idi oynamırdım. Amma Berti Foqts məni meydana buraxdı. Fikrimcə, normal oynadım. Dəvət etsələr sağ olsunlar, etməsələr, uğurlar! Ümid edirəm ki, qələbə qazanacağıq. Amma hazrda Türkiyə çempionatında və ya kubokunda uğur qazanmaq barədə düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.