2 mart 2015 17:15

Fariz Nəcəfov: Qarabağa qalib gələcəyimizi gözləmirdim

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun azerisport.az saytına müsahibəsi

- "Qəbələ"nin səfərdə "Qarabağ"a qalib gələcəyini gözləyirdiniz?
- Biz hər oyundan yaxşı futbol gözləyirik və inanırdıq ki, bu dəfə də elə olacaq. Amma düzünü desəm, qələbə qazanacağımızı gözləmirdim. Baxmayaraq ki, meydana qələbə üçün çıxmışdıq.

- "Qəbələ" üç oyunda uduzub, iki görüşdə qələbə qazanıb. Sizə elə gəlmir ki, komanda bu baş məşqçi ilə heç nəyə nail ola bilməyəcək?
- Biz Roman Qriqorçuka tam güvənirik. Biz hələ təyinatdan öncə kifayət qədər analiz etmişdik və komandamıza uyğun mütəxəssis olduğu qənaətinə gəlmişdik. Sadəcə, ona vaxt lazımdır.

- Amma onun bütün transferləri ümidləri doğrultmur. Ruslan Fomin artıq start heyətdəki yerini də itirib. Onun yayda komandanı tərk edəcəyi də bildirilir...
- Büz bütün yeni futbolçularla 5 aylıq müqavilə imzalamışıq. Kimin qalıb, kimin gedəcəyi yayda bilinəcək. Buna baş məşqçi qərar verəcək. Yenilərdən indiki məqamda 100 faiz yaxşı oyun gözləmək düz deyil. Uyğunlaşma prosesi hamıda asan keçmir. Məsələn, qapıçı Dmitri Bezotosnı bu mərhələni uğurla keçirdi. Fikrimcə, qalanları da onun yolu ilə gedəcək.

- "Qəbələ" avrokuboklara vəsiqəni hansı turnir vasitəsilə qazanmağa üstünlük verir?
- Komandamız hər oyuna yüksək səviyyədə köklənir. Qarşıda bizi "Simurq"la kubok matçı gözləyir. Bütün diqqətimiz bu qarşılaşmaya yönəlib.

- Qriqorçukun qarşısına kuboku qazanmaq hədəfi qoyulmayıb?
- Heç bir baş məşqçi gəldiyi ildə hansısa turnirin qalibi olmağı vəd edə bilməz. Amma o, "Qəbələ"nin mövsümün yekununda avrokuboklarda oynaması üçün çalışacağını deyir.

- Manatın devalvasiyası komandanıza nə dərəcədə təsir göstərib?
- Hələ klub prezidenti ilə bu barədə söhbətimiz olmayıb. Amma şübhəsiz ki, problemlər bizdən də yan keçməyəcək. Bunun nə dərəcədə hiss ediləcəyini zaman göstərəcək.

- Bəs bu futbolçulara nə dərəcədə təsir edə bilər?
- Biz istənilən halda futbolçulara maaşı müqavilədə nəzərdə tutulan qaydada verməyə borcluyuq. Çünki bütün müqavilələrdə maaşlar dollarla göstərilib.

- Deməli, klubunuz indiki halda zərərlə çalışır...
- Prinsipcə, elədir. Amma bunun nə dərəcədə hiss olunduğunu zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.