2 mart 2015 15:30

Cihan Özkara: Hakimin Marko Stanoyeviçlə bağlı qərarını düzgün saymıram

"Simurq"un hücumçusu Cihan Özkaranın azerisport.az saytına müsahibəsi

- "İnter"lə oyun barədə fikirlərinizi bilmək istərdik...
- İlk növbədə "İnter"i təbrik edirəm. Biz pis oynadıq və heç nədən qollar buraxdıq. Səhvlərə yol verdik ki, bunlar olmamalıydı. Avrokuboklarda oynamaq istəyiriksə, belə səhvlər buraxmamalıyıq. Məğlubiyyətə görə çox məyusam. Amma bu, son deyil. Hazırlaşmaq və növbəti oyunlarda qalib gəlmək lazımdır.

- Siz fasilədən sonra meydana çıxsanız da, heç nə ilə yadda qalmadınız...
- Heç nə etmədiyimə dair fikirlə razı deyiləm. Fikrimcə, oyuna yaxşı qoşuldum. Çalışdım ki, imkan daxilində komandama kömək edim. Amma həmin vaxt 0:2 hesabıyla geridə idik və atmosfer yaxşı deyildi. Son dəqiqələrdə qollardan birinin əvəzini çıxsaq da, artığına nail ola bilmədik.

- Komandanın pis oynaması nə ilə bağlıdır?
- Əla komandamız var. Amma hazırda qeyri-adi dövr keçiririk. Əminəm ki, tezliklə yenidən yaxşı oynamağa və qələbələr qazanmağa başlayacağıq. Çünki əla baş məşqçimiz və yaxşı futbolçularımız var.

- Marko Stanoyeviçin qırmızı vərəqə alması barədə nə deyə bilərsiniz?
- Mən hakimlərin işinə qarışa bilmərəm. Qırmızı verilibsə, deməli, nəsə səbəbi var.

- Sizcə, düzgün qərar idi?
- Mən onu düzgün qərar hesab etmirəm.

- Bəs sizcə elə fol etməyə ehtiyac var idi?
- Marko elə kobudluğa əl atacaq futbolçu deyil. Sadəcə, vəziyyət elə alındı. Mənə elə gəlir ki, o, rəqibin ayağına kobudluq etmək üçün toxunmamışdı.

- Qarşıda sizi "Qəbələ" ilə kubok oyunu gözləyir...
- "Qəbələ" yaxşı komandadır. Bizim də yaxşı komandamız var. Nəticə qazanacaq gücümüz var. Müsbət nəticə qazanmaq üçün mübarizə aparacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.