2 mart 2015 13:30

Dmitri Bezotosnı: Biz başqa ölkədən gəlmişik və robot deyilik

"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının azerisport.az saytına müsahibəsi

- Çempionatın liderinə qarşı oyunla bağlı nə deyə bilərsiniz?
- Çox çətin oyun alındı. Amma yaxşı ki, qələbə ilə başa vurmağı bacardıq. Biz baş məşqçi Roman Qriqorçukun bütün tapşırıqlarını meydanda yerinə yetirməyə çalışdıq. Nəticədə də qalib gəldik.

- Oyundan öncə "Qarabağ"ı necə təsəvvür edirdiniz?
- Güclü komanda olduğunu bilirdim. Çox sürətli və texnikalı oyunçuları var. Qriqorçuk rəqibi yaxşı analiz etmişdi. Bu üzdən rəqibin necə oynayacağını bilirdik. "Qarabağ" Avropa Liqasında da yaxşı çıxış etmişdi.

- Qapıçının komandanın yarısı olduğu bildirilir. Bu qələbədə sizin nə dərəcədə payınız var?
- Təkcə mən yox, komandam da qol buraxmadı. Çünki hücumçular, yarımmüdafiəçilər, müdafiəçilər yaxşı müdafiə olundular. Birgə hücum edib, birgə müdafiə olunurduq. Fikrimcə, mənə yox, komandaya minnətdar olmaq lazımdır. Səhvlər də az idi. "Qarabağ"ın çox az qol şansı oldu.

- Əsas odur ki, Reynaldonu dayandıra bildiniz...
- Onun rəqib komanda üçün necə böyük əhəmiyyət daşıdığını bilirdik. "Qarabağ"ın son üç oyununa baxmışdıq və bilirdik ki, o, rəqib qapılarına vacib qollar vurub. Reynaldonun əla hücumçu olduğunu bildiyimiz üçün yaxşı hazırlaşmışdıq.

- Klubunuzun bir nömrəsi olduğunuzu demək olar?
- Hər bir qapıçı üzərində çalışır və öz şansını gözləyir. Kimin oynamasına isə baş məşqçi qərar verir.

- Bəzi mətbuat orqanları ukraynalı legionerlərin komandaya fayda vermədiyini düşünür...
- Gəlin çempionatın başa çatmasını gözləyək. Biz başqa ölkədən gəlmişik. Mövsümün sonunadək nə olacağını yaşayıb görəcəyik. "Qəbələ"də yeni kollektiv formalaşdırılıb. Biz də robot deyilik. Adaptasiya üçün vaxt lazımdır.

- Komandanızı qarşıda "Simurq"la kubok oyunu gözləyir...
- Biz artıq bu komanda ilə çempionatda görüşmüşük və məğlub olmuşuq. Ciddi rəqibdir. Amma onların da bizim haqda eyni fikirdə olduqlarına əminəm. İlk oyunda yaxşı nəticə qazanmağa çalışmalıyıq. İlk növbədə də qələbə. Klubun bu mövsüm üçün öz hədəfləri var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.