2 mart 2015 00:40

Maksim Medvedev: Qurban Qurbanov da gördü ki, bəxtimiz gətirmədi

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi

- "Qəbələ"yə məğlubiyyətlə bağlı nə deyə bilərsiniz?
- Maraqlı oyun alındı. Uşaqlar xeyli müddət idi birgə deyildi. İlk yarıda çətinliklərimiz oldu. Oyun istədiyimiz kimi getmirdi. İkinci hissədə isə vəziyyəti düzəltdik, öz oyunumuzu göstərdik. Qol vurmaq üçün şanslar var idi, amma yararlana bilmədik. Təəssüf ki, bu oyunda məğlubiyyətlə üzləşdik.

- Ola bilər ki, komandada arxayınlıq yaranıb?
- Xeyr, bundan söhbət gedə bilməz. Yığmanın düşərgəsindən qayıdan futbolçularda yorğunluq var idi. Bəziləri fərdi məşq edirdi.

- Yığma oyunçularının dünən gəlib, bu gün oyuna çıxması nə dərəcədə düzgün idi?
- Bildiyim qədərilə, onlar ayın 26-da gəlmişdilər. İki gün istirahət imkanı var idi. Bunun böyük problem yaratdığını düşünmürəm. Sadəcə, psixoloji yorğunluğun təsiri ola bilər. Hansısa problem axtarmağa dəyməz. Biz 6-7 oyun idi ardıcıl qələbə qazanırdıq. Bu dəfə uduzduq. Qarşıdakı oyunlarda vəziyyəti düzəltməliyik.

- "Qarabağ"ın məğlubiyyətindən əsas izləyiciləri - "İnter"lə "Neftçi" maksimum yararlandı...
- Mən bu münasibətlə onları təbrik edirəm. Düzdür, fərq azaldı. Amma ikinci yerdə gedən "İnter"lə altı xallıq fərqimiz var. Bu komandalarla iki oyunumuz var. Həmin oyunlara ciddi hazırlaşmalıyıq.

- Sizin bu məğlubiyyətinizin çempionatdakı intriqanı artırdığını demək olar?
- Hə. Biz fərqi çoxaldan kimi hamı "Qarabağ"ı erkən çempionluq münasibəti ilə təbrik edirəm. Bu isə bizim xoşumuza gəlmir.

- Amma təsir edir...
- Azarkeşlər qışqırır ki, çempionuq, mətbuat yazır ki, çempion artıq bəllidir. Əlbəttə, bu fikirlr müəyyən oyunçularda arxayınlığa səbəb ola bilər.

- Qurban Qurbanov arxayınlaşmamağınız üçün nəsə deyir?
- "Qəbələ" ilə oyundan sonra yaxşı çıxış etdiyimizi dedi. O, özü də görür ki, bəxtimiz gətirmədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.