2 mart 2015 00:10
Amit Quluzadə oynamadı, komandası 1 xal qazandı
Futbol üzrə Portuqaliya ikinci liqasında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
Sözügedən komnda doğma meydanda "Braga B" komandası ilə qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb. Amitin adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Atletiko" hazırda 31 xalla 19-cu yerdə qərarlaşıb.
