1 mart 2015 12:00

Roman Qriqorçuk Dorinel Muntyanuya çatdı

“Qəbələ” Azərbaycan çempionatları tarixində güclülər dəstəsində 100-cü qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 24-cü turunun “Qarabağ”la səfər matçınadək elitada keçirdiyi 261 matçdan 99-nu 3 xalla başa vuran “qırmızı-qaralar” yubiley uğurunu son çempionla görüşdə əldə edib. Namiq Ələsgərovun avtoqolu ilə gələn 1:0 hesablı qələbə 64 heç-heçə və 98 məğlubiyyəti olan komanda üçün 100-cü qalibiyyət olub.

İlk qələbəsini 2006-cı il avqustun 26-da qazanan Qəbələ təmsilçisi “Gilan” adı ilə əldə etdiyi həmin zəfərə də səfərdə 1:0 hesabı ilə nail olmuşdu. 9 il öncə Qusar “Şahdağ”ı Quba Olimpiya Kompleksinin meydanında məğlub edilmişdi. 50-ci qələbə 2011-ci il mayın 19-da “Muğan”la ev oyununa təsadüf edib – 2:1.

“Qırmızı-qaralar” 100 qələbədən 58-ni evdə, 42-ni səfərdə qazanıb. Komanda daha çox qələbəni 2013/14 mövsümündə əldə edib: 2006/07 – 4, 2007/08 – 11, 2008/09 – 9, 2009/10 – 13, 2010/11 – 13, 2011/12 – 15, 2012/13 – 10, 2013/14 – 18, 2014/15 – 7.

Baş məşqçi Roman Qriqorçuk 3-cü qələbəyə sevinib: Onun həmkarları Ramiz Məmmədov 43, Yuri Syomin 18, Toni Adams 17, Fatih Kavlak 13, Dorinel Muntyanu 3, Faiq Cabbarov, Luis Araqon və Sənan Qurbanov hərəyə 1 dəfə belə sevinc yaşayıb.
“Qəbələ” Premyer Liqada qarşılaşdığı klublardan yalnız ikisinə - “Masallı” və “MKT-Araz”a qalib gəlməyib. “Qarabağ”ı 7-ci dəfə məğlub edən “qırmızı-qaralar” 100 qələbəni 19 komanda üzərində əldə edib: “Turan” – 11, “Simurq”, “Bakı” – 9, “Sumqayıt” – 8, “Qarabağ”, “Neftçi” – 7, “Muğan”, “Xəzər Lənkəran” – 6, “İnter”, AZAL, “Rəvan”, “Standard” – 5, “Karvan” – 4, MOİK, “Gənclərbirliyi” – 3, “Kəpəz”, “Bakılı”, ABN – 2, “Şahdağ” – 1.

“Qəbələ” daha çox 1:0 hesabı ilə qalib gəlib. Ümumiyyətlə isə 9 müxtəlif qələbə hesabı qeydə alınıb: 1:0 – 31, 2:1 – 28, 2:0 – 17, 3:0 – 8, 3:1 – 7, 4:0 – 4, 4:1 – 3, 6:0, 3:2 – 1.

(klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.