1 mart 2015 11:30

Aleksey Qay: Qəbələ hələ istədiyi səviyyəyə çatmayıb

"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qayın azerisport.az saytına müsahibəsi

- "Qarabağ"la oyun barədə nə deyə bilərsiniz?
- Bu qələbəni sözlə ifadə etmək çətindir. Fikrimcə, bu 3 xal bizə böyük emosiya bəxş etdi və gələcəyə optimist baxmağa imkan verir.

- Bu oyunu Azərbaycandakı karyeranızın ən yaxşısı saymaq olar?
- Mən hər şeyi "Qarabağ"a bağlamaq istəməzdim. Aydın məsələdi ki, bu, Azərbaycan futbolunun lidelərindən biridir, son çempiondur. Amma bizim üçün hər şeydən vacib öz komandamızın oyunudur. Mənim üçün bu oyun artıq keçmişdə qalıb və növbəti oyun barədə düşünməyə başlamışam.

- İki ardıcıl qələbədən sonra turnir cədvəlindəki mövqeyinizə nəzər salmağa vaxtınız olub?
- Biz əvvəlki oyunlarda uğursuz çıxış etsək də, həmişə baş məşqçimizin tələb etdiyi kimi oynamağa çalışırdıq. Hər şey öz əlimizdədir. "Qarabağ" üzərindəki qələbə də sadəcə, növbəti oyunlarda uğurlu çıxış etmək üçün stimuldur.

- Bu, Roman Qriqorçukun görmək istədiyi "Qəbələ"dir?
- Ən yaxşı olmaq yolunda sərhəd yoxdur. Amma bu, bizim çatmaq istədiyimiz səviyyə deyil. Son qələbələrə baxmayaraq, "Qəbələ" daha da artırmalıdır.

- "Qarabağ"ın heyətində kimi fərqləndirə bilərsiniz?
- Mən liderin heyətində heç kimi fərqləndirməyəcəyəm. "Qəbələ"nin komanda olaraq bir-birini başa düşən futbolçularını vurğulamaq istərdim.

- Qarşıda Azərbaycan kubokunun "Simurq"la 1/4 final oyunu var...
- Kubok oyunları ayrıca tarixçədir. Bizi iki çətin oyun gözləyir. "Simurq"un gücünə bələdik. Onların bizi Premyer Liqada məğlub etməsi heç nə demək deyil. Biz həmin görüşdəkindən daha yaxşı çıxış etməyə çalışacağıq.

- Qriqorçuk mətbuat konfransında özü ilə gətirdiyi legionerlər barədə sualları cavablandırmağın xoş olmadığını söylədi...
- Mənim özümə də maraqlıdır ki, belə suallar haradan çıxır. Baş məşqçi mənim oyunumdan razıdır.

- Bəs özünüz?
- Mən heç vaxt öz oyunumdan razı qalmıram. Həmişə daha yaxşısına çalışıram. Məni sevindirən məqamlar var. Amma üzərində çalışmalı olduğum məqamlar da az deyil. Bu, təkcə mənə yox, bütöv komandaya da aiddir.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.