28 fevral 2015 12:30

"Azərbaycanda oyunların iş saatlarında, gündüz vaxtı keçirilməsinə çox təəccübləndim"

"İnter"in hollandiyalı yarımmüdafiəçisi Ruben Sxaken Azərbaycandakı karyerası ilə bağlı ölkəsinin mətbuatına tez-tez açıqlama verir. Azerisport.az xəbər verir ki, o, yenidən həmyerlilərinə ölkəmizdə gördüklərindən danışıb:

"Bakıya ilk gəlişimdə Dubaya getdiyimi hiss etdim. Bakı tezliklə Dubaya çatacaq. Buradakı mağaza və butikləri London və Milandakılarla müqayisə etmək olar. Burada hər kəs qarşıdakı Avropa oyunlarına hazırlaşır. Həmin turnir iyun ayında keçiriləcək".

Sxaken hələ dil bilməməsinə görə çətinlik çəkdiyini söyləyib: "Komandada heç kim ingilis dilində danışmır. Fransalı oyunçumuz olsa da, ona da ancaq "salam" və "işlərin necədir" kimi suallar vermək olur. Azərbaycanla yanaşı, burada rus və türk dillərindən istifadə olunur. Klub rəsmilərindən xahiş etmişəm ki, mənə heç olmasa rus dilində tərcüməçi tapsınlar ki, baş məşqçinin verdiyi tapşırıqları başa düşüm".

"Şadam ki, "Qarabağ"da oynayan Leroy Corc elə də uzaqda yaşamır. O, xeyli müddətdir burda olduğuna görə mənə çox kömək edir. Sürücümü də unutmamalıyam. O, burada mənə hər şeyi göstərir, hər yerə aparır. Özüm sürə bilmirəm. Çünki burada avtomobil idarə etmək bir qədər qorxuludur. Sürücüm həm də mənim üçün tərcüməçilik edir".

Sxaken oyunlara az azarkeş gəlməsinə də münasibət bildirib: "Əlbəttə, azarkeşlik baxımından Hollandiyada, "Feyenoord"da gördüklərimi burdakılarla müqayisə etmək olmaz. Həm də mən burada oyun. Futbola ancaq "Renc Rober"i olan varlılar gəlirlər". (Voetbal International)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.