28 fevral 2015 11:00

Məhəmməd Mirzəbəyov: Milli komandanı Şaxtyorla müqayisə etməyə dəyməz

Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyovun azerisport.az saytına müsahibəsi

- "Simurq"la növbəti oyun öncəsi yenə ənənəvi söhbətlər meydana çıxıb...
- Bizim kimi, rəqib də qələbə qazanmağa çalışacaq. Qalan hər şey boş söhbətlərdir. Biz çempionluq uğrunda mübarizə aparırıq. "Simurq" isə avrokuboklara vəsiqə qazanmağa çalışır. Hər iki komandaya üç xal lazımdır. Belə söhbətlər isə həmişə olub, olacaq.

- "İnter"də yeni məşqçi peyda oldu. Marino Pusiçin Kaxaber Sxadadzedən sonra bu komandanın yeni baş məşqçisi olacağı bildirilir...
- Mən bu barədə heç nə bilmirəm. Hazırda komandanın baş məşqçisi Sxadadzedir.

- Yığmamızın Ukrayna "Şaxtyor"u ilə yoxlama matçı barədə nə deyə bilərsiniz?
- Fikrimcə, belə güclü rəqibə qarşı çox yaxşı oynadıq.

- Heyətdə çoxlu yeni futbolçu var idi. Komanda yoldaşlarınızı başa düşmək çətin deyildi?
- Xeyr, biz bir-birimizi yaxşı başa düşürdük. "Şaxtyor" güclü rəqibdi. Sadəcə, bu baxımdan rəqibə qarşı mübarizə aparmaq çətin idi. Amma hesab edirəm ki, biz onlara qarşı layiqli mübarizə apara bildik. Əlbəttə, uduzduğumuza görə təəssüflənirəm. Amma bütövlükdə yaxşı oyun alındı.

- Deməli, komandaların səviyyəsi hesabda da özünü göstərdi?
- Əlbəttə. "Şaxtyor" Almaniyanın "Bavariya" klubu ilə çəkişir. Ona görə onların səviyyəsini yığmamızla müqayisə etmək belə yersizdir.

- Onların vurduğu qollar da səviyyə fərqinin göstəricisi idi...
- Əgər cərimə zərbəsindən sonra vurulan qolu nəzərdə tutursunuzsa, çox dəqiq alındı. Amma biz də mübarizə apardıq, qol vurduq. Namiq Ələsgərov da gözəl qol vurdu. Özü də yaxşı hücumdan sonra. Başqa hücumlarımız da oldu. İkinci qolu da vura bilərdik. Amma bir qol vurmağımız da yaxşı göstəricidir. "Şaxtyor" çox güclü komandadır, onlara qol vurmaq çətin olsa da, biz bacardıq.

- Robert Prosineçki nə dedi?
- Fikrimcə, o, oyundan razıqaldı. Mənim oyunumla bağlı xüsusi heç nə demədi. Amma bütövlükdə komandamızın yaxşı oynadığını söylədi. Prosineçki heç kimlə ayrıca danışmadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.