28 fevral 2015 00:15

Topaz Premyer Liqasında 24-cü tur həyacanı

Bu gün Topaz Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, fevralın son günündə baş tutacaq qarşılaşmalar eyni günə təsadüf edəcək.

Turun açılış oyununda “İnter” “Simurq”la qarşılaşacaq. Son 3 ev oyununda qalib gələ bilməyən “İnter” ümumilikdə böyük üstünlüyə malikdir. Bu komandanın 15 qələbəsi var. Bakılılar artıq 5 matçdır rəqibinə uduzmur. Cari mövsüm baş tutan görüşlərdə isə qalib müəyyənləşməyib. Bakıdakı görüş qolsuz, Zaqataladakı oyun 1:1 hesabıyla başa çatıb. Bu komandaların əvvəlki oyunlarında bütövlükdə 4 dəfə heç-heçə qeydə alınıb. "Simurq"un isə cəmi 3 qələbəsi var. Top fərqində də bakılılar böyük üstünlüyə malikdilər - 33:12. Bu gün keçiriləcək oyunda da bakılılar daha şanslı hesab olunurlar. Amma avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Zaqatala təmsilçisinin sürprizə imza atması da istisna deyil.

Həftəiçi səfərdə AZAL-a qalib gəlmiş “Neftçi” qısa fasilədən sonra “Sumqayıt”ın qonağı olacaq. Əvvəlki 10 görüşdə ikiqat üstünlüyə (6 qələbə ilə) malik olan “Neftçi” son 2 qarşılaşmada qalib gəlib və ardıcıl 3 görüşdür meydanı qolsuz tərk etmir. 3 dəfə belə uğura imza atmış “Sumqayıt”ın ev oyunlarında heç-heçə qeydə alınmayıb. Ümumiyyətlə, tərəflər cəmi bir dəfə heç-heçəyə razılaşıblar. Top fərqində də "Neftçi"nin ikiqat üstünlüyü var - 24:12. Paytaxt təmsilçisi bu mövsüm keçirilmiş əvvəlki iki oyunda da qələbə qazanıb - səfərdə 1:0, evdə 3:2. Elə bu dəfə də Arif Əsədovun komandası matçın favoriti hesab olunur.

Çempionatın aşkar autsayderləri - “Xəzər Lənkəran”la “Bakı” Lənkəranda üz-üzə gələcək. Cari mövsüm rəqibindən qol buraxmayan “Xəzər Lənkəran” son 3 qarşılaşmada məğlub olmayıb. Lakin paytaxtın eyniadlı təmsilçisi qələbə sayında öndədir. Bakılıların 9, lənkəranlıların 8 qələbəsi var. 13 oyunda isə heç-heçə qeydə alınıb. Cənublular isə əvvəlki 30 dueldə daha çox qol vurub - 32:29. Tərəflərin Lənkəranda keçirilmiş ilk görüşündə meydan sahibləri 4 cavabsız qolla qalib gəlmişdilər. Bakıdakı oyunda isə hesab açılmamışdı. Xeyli müddətdir qələbəyə həsrət qalan bu iki komandadan bu dəfə hansının sevinəcəyi maraqla gözlənilir.

Turun mərkəzi oyununda lider “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. İndiyədək keçirilən oyunların yarısında (13 görüşdə) qalib gələn “Qarabağ” ardıcıl 10 matçdır meydanı qol vurmadan tərk etmir. "Qəbələ"nin isə 6 qələbəsi var. 7 qarşılaşmada da qalib müəyyənləşməyib. Rəqiblərin son 3 oyununda meydan sahibi olan tərəf 3 xal qazanır. Son 8 qarşılaşmada heç-heçə qeydə alınmır. Top fərqi də 36:23 hesabıyla ağdamlıların xeyrinədir. Bu mövsüm baş tutmuş oyunlardan birincisində "Qarabağ" 2:0 hesabıyla qalib gəlmişdisə, ikinci dövrədə də "Qəbələ" 2:1 üstün olmuşdu.

Topaz Premyer Liqası
24-cü tur

28 fevral (şənbə)

15:00. “İnter” - “Simurq”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vüqar Bayramov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “İnter Arena”.

16:00. “Sumqayıt” - “Neftçi”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena".

17:00. “Qarabağ” - “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

17:00. “Xəzər Lənkəran” - “Bakı”.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
 

1Qarabağ20144236-1846
2İnter20910133-937
3Neftçi21106526-1636
4Simurq2185830-2429
5AZAL2167822-2925
6Qəbələ2167825-3125
7Xəzər Lənkəran20551024-2920
8Sumqayıt2047920-2819
9Bakı20251314-4611
10Araz Naxçıvan00000-00

Bombardirlər:
10
- Nurlan Novruzov ("Bakı"), Draqan Çeran ("Simurq").
8 - Mikel Alvaro (“İnter”), Franko Nildo ("İnter"), Məhəmməd Qurbanov (“Sumqayıt”).
7 - Rəşad Eyubov ("Simurq").
6 - Reynaldo Silva ("Qarabağ"), Cavid Hüseynov ("Qəbələ"), Freddi Mombonqo (AZAL).
5 - Leroy Corc ("Qarabağ"), Dodo ("Qəbələ"), Rəşad Abdullayev (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.