27 fevral 2015 17:45

Rəşad Sadiqov: Millinin toplanışından kənarda qalmaq pis təsir etdi, amma ümidimi itirmirəm

"Qəbələ" “Xəzər Lənkəran”la oyunda qələbə qazansa da, yarımmüdafiəçi Rəsad Sadiqov üçün ugursuz oldu. Azerisport.az xəbər verir ki, matçın 82-ci dəqiqəsində meydana daxil olan futbolçu, vur-tut, 2 dəqiqə sonra əvəzləndi. Rəsad topa ilk toxunuşundan sonra zədələnərək meydanı xərəkdə tərk etməli oldu.

Sadiqov həmin epizodu belə xatırlayır: “Topa toxunmazdan qabaq çevrilərkən ayağım burxuldu, çox bərk ağrı hiss etdim. Elə bil, məni cərəyan vurdu. Elə alındı ki, oyuna dərhal girə bilmədim. Oyuna girməyə hazırlaşdığım vaxtda komandamız hesabda irəli çıxdı. İsinmə hərəkətlərindən sonra qısa müddət ehtiyat oyunçular skamyasında oturmalı oldum. Ola bilər ki, bunun da təsiri oldu. Müayinə əzələ dartılmasını təsdiqlədi. Şükür, qopma və ya başqa formada ciddi xəsarət olmadı. Açığı, karyeramda ciddi zədədən, hətta əzələ dartılmasından əziyyət çəkməmişəm.Təxminən, birhəftəlik müalicədən sonra məşqlərə başlaya biləcəyəm”.

Zədə Sadiqovu təkcə “Qəbələ”nin, ən azı, qarşıdakı 1 oyunundan yox, millimizin Antalya toplanışından da kənarda qoyub: “Təbii ki, millidən kənarda qaldığıma görə də çox üzüldüm. Yeni baş məşqçi Robert Prosineçki ilk dəfədir millini bir araya gətirdi və uzun fasilədən sonra mənə dəvət gəldi. Toplanışdan kənarda qalmaq istər-istəməz mənə pis təsir edib. Amma ümidimi itirmirəm. Çalışacağam zədəmi sağaltdıqdan sonra oyunumla yenidən Prosineçkinin diqqətini çəkim”.

Onu da qeyd edək ki, müdafiəçi Ruslan Əmircanov da zədəsinin müalicəsiylə məşğuldur. Qış fasiləsindən sonra “Bakı”yla matçda 90 dəqiqə meydanda olan futbolçu dizindəki ağrılara görə bir müddət oyunlardan kənarda qaldı. Əmircanov əməliyyatdan sonra təkrar müayinə üçün İstanbula “Acıbadem” klinikasına yollanıb. Ruslanla Rəşadın "Simurq"la kubok oyununadək hazır olacaqlarına ümid var.

"Qəbələ" İK qəzeti

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.