27 fevral 2015 17:30

Elvin Yunuszadə: Neftçi üçün azarkeşsiz oynamaq ağırdır

"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi

- "Sumqayıt"la oyuna hazırlıq necə gedir?
- Fikrimcə, oyuna qədər komanda yaxşı vəziyyətdə olacaq. Təəssüf ki, mən bu görüşü sarı vərəqə limitini aşdığıma görə buraxmalı olacağam. Komandamızın bu görüşdə xal itirməməsini çox istərdim. "Sumqayıt" sıradan rəqib deyil. Hörmət ediləsi komandadır. Amma komandamız bu görüşə ciddi hazırlaşıb. Mütləq 3 xal qazanmağımız lazımdır.

- "Neftçi" AZAL-la oyunda inamlı təsir bağışladı. Bu oyunu ən yaxşılardan saymaq olar?
- İki fərqli hissə alındı. Birinci hissədə "Neftçi" ideal futbol sərgilədi. Amma ikinci yarı bir qədər fərqli alındı. Bilmirəm bu, yorğunluqdan irəli gəlirdi, ya yox. Ot örtüyünün də təsiri az olmadı. Süni örtüklü qazonda oynamaq həm mənə, həm də komanda yoldaşlarıma çətindir. Əsas odur ki, qalib gəldik. Bu üç xal bizə çox kömək edəcək.

- Siz oyunun gedişində Freddi Mombonqo ilə tez-tez mübahisə edirdiniz. Nə baş vermişdi?
- Futbolda belə hallar olur. Oyundan sonra hər şey unudulur. Başqa heç nə olmayıb.

- Razısınız ki, "Neftçi" artıq çempionluq mübarizəsindən kənarda qalıb?
- Qarşıda hələ çox oyun var. Hər şey ola bilər. Hələ kubok oyunları da var. Sonadək oynayacağıq.

- Amma komanda yoldaşınız Erik Ramos bəyan edib ki, "Qarabağ" 4-5 turdan sonra çempionluğu rəsmiləşdirəcək...
- "Qarabağ" çempionluğu 90 faiz həll edib. Amma hələ tam rəsmiləşdirməyib. Mən də deyirəm ki, komandamız bu vəziyyətlə barışan deyil və mübarizəni axıra qədər aparmaq lazımdır.

- Son oyunda azarkeşsiz oynamaq necə idi?
- Bu, istənilən komanda üçün ağırdır. Eləcə də "Neftçi" üçün. Çünki futbolçular azarkeşlərdən az motivasiya almır.

- Son dövrlər gərgin qrafiklə oynamaq sizə təsir etmir?
- Əlbətə, 3-4 gündən bir oynamaq asan deyil. Amma bu, bizim işimizdir.

- "Neftçi"də maliyyə problemlərinin olduğu barədə deyilənlər doğrudur?
- Bu barədə heç nə deyə bilmərəm. Fikrimcə, hər şey yaxşı olacaq. İnanıram ki, "Neftçi" əvvəlki günlərinə qayıdacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.