27 fevral 2015 15:45

Kaue: Qələbə qazanmaq üçün qol vurmalı və müdafiədə diqqətli olmalıyıq

"Neftçi"nin futbolçusu Kaue da Silva Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində qarşılaşacaqları “Sumqayıt”la oyun öncəsi klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

“Neftçi” hər oyuna qələbə üçün çıxır. “Sumqayıt”la matçda da bizi yalnız 3 xal qane edir. Fikrimcə, maraqlı və gərgin oyun olacaq. Rəqib komanda son 5 turda məğlub olmayıb. Müdafiədə və əks hücumlarda inamlı təsir bağışlayırlar. Qətiyyən arxayınlaşmaq olmaz. Qələbə qazanmaq üçün qol vurmalı və müdafiədə diqqətli olmalıyıq. Çempionluq uğrunda mübarizədə “Qarabağ” böyük üstünlük qazanıb. Amma bu o demək deyil ki, biz ruhdan düşməliyik. Aradakı xal fərqini azaltmağa çalışmalıyıq. Əvvəldən proqnoz vermək yanlış olar. Biz son ana qədər yalnız yüksək yerlər üçün oynayacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.