27 fevral 2015 11:00

Arif Daşdəmirov: Hələ millinin özünəinam hissinin geri qayıtdığını demək çətindir

Azərbaycan yığma komandasının və "İnter"in yarımmüdafiəçisi Arif Daşdəmirov azerisport.az saytına müsahibə verib. O, öncə Ukrayna "Şaxtyor"u ilə oyun barədə fikirlərini açıqlayıb:

"Yaxşı oyun alındı. Yeni baş məşqçinin rəhbərliyi altında ilk oyun idi. Fikrimcə, yaxşı təsir bağışladıq".

Müdafiəçinin sözlərinə görə, Donetsk təmsilçisi ilə görüşün nəticəsi əhəmiyyət daşımırmış: "Şaxtyor"un gücünü yaxşı bilirdik. Amma buna baxmayaraq, biz baş məşqçinin istədiyi kimi oynamağa çalışdıq. Mənə elə gəlir ki, bu, bizdə alındı".

"Oyunçular arasında anlaşma səviyyəsini yaxşılaşdırmaq istəyirdik. Çünki yeni futbolçular çox idi, fərqli taktika ilə oynayırdıq. Baş məşqçi oyunçuların necə çıxış etdiyini, bir-birini necə başa düşdüyünü görmək istəyirdi. Robert Prosineçki bizə hücum futbolu sərgiləməyi tapşırmışdı".

"Hələ komandanın özünəinam hissinin geri qayıtdığını demək çətindir. Bütövlükdə, toplanışdan və oyundan, komandadakı atmosferdən razı qaldım. Amma Malta ilə rəsmi oyuna çox az vaxt qalıb. Həmin oyunda daha yaxşı çıxış edib qələbə qazanmalıyıq".

Daşdəmirov klubdakı işlərinə də toxunub: "Çempionluq uğrunda mübarizə davam edir. Arada elə də böyük fərq yoxdur. Çünki bizim qarşıda liderlə iki oyunumuz var. Əgər onları məğlub etsək, xal fərqini xeyli azaltmış olacağıq".

Arif komandasının tez-tez heç-heçə etdiyini də dilə gətirib: "Heç-heçələrimiz doğrudan da çoxdur. Həmin oyunlarda xeyli xal itirmişik. Qarşıda "Simurq"la oyun var. Növbəti oyunlarda mütləq qələbə qazanmalıyıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.