27 fevral 2015 00:00

Sivakov: Qarabağla oyunda nəticə qazanmaq gücümüzə görədir

Topaz Premyer Liqasının fevralın 28-də keçiriləcək 24-cü turunda “Qəbələ” “Qarabağ”la qarşılaşaсaq. Azerisport.az xəbər verir ki, ötən tur “Xəzər Lənkəran” üzərində əzmkar qələbə (3:1) qazanan “qırmızı-qaralar” səfər qarşılaşmasında da uğurlu nəticə qazanmaq iddiasındadır. “Qəbələ”nin belaruslu müdafiəçisi Mixail Sivakov qarşıdakı görüşlə bağlı fikirlərini klub saytı ilə bölüşüb:

“Çempionatın lideri ilə qarşılaşacağıq. Bu üzdən futbolçuların əlavə köklənməsinə ehtiyac yoxdur. “Qarabağ”ı Avropa Liqasının qrup mərhələsində çıxış etdiyi vaxtdan tanıyıram. Rəqibimizin “Dnepr”lə hər iki oyununu izləmişdim. Güclü komandaya qarşı oynayacağıq. Bizim üçün bu oyunda qələbə çox vacibdir. Nəzəri hazırlıq zamanı onların oyununu daha dərindən təhlil edib, güclü və zəif tərəflərini üzə çıxaracağıq. Ötən turda qalib gəlməyimiz yaxşı oldu. “Qarabağ”la görüşə yüksək əhval-ruhiyyədə hazırlaşırıq. Qazanılan hər qələbə təkcə hesabımıza xallar gətirmir, həm də özünəinamı artırır. Hesab edirəm ki, “Qarabağ”la oyunda nəticə qazanmaq gücümüzə görədir. Bunun üçün kollektiv oyun göstərməli, bir-birimiz üçün mübarizə aparıb, gücümüzü ortaya qoymalıyıq”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.