26 fevral 2015 19:15

Baçana Sxadadze: AZAL haqlıdır, İnter qalib gələ bilməyəndə qəzəbli olur

"İnter"in hücumçusu Baçana Sxadadzenin azerisport.az saytına müsahibəsi

- AZAL-la heç-heçə "İnter"in çempionluq istəyinə nə dərəcədə təsir göstərdi?
- İstənilən halda bizim üçün çempionluq uğrunda mübarizə aparmaq çətindir. Amma bizə yenə də güzəştə getmək olmaz. Qarşıda "Qarabağ"la daha iki oyunumuz var. Ən yaxşı olmaq istəyiriksə, hər oyundan maksimum xalla ayrılmağa məcburuq.

- Oyundan sonra nə baş vermişdi?
- Oyunun axırı çox aqressiv alındı. Hər iki komanda sərt oynamağa başladı. Folların sayı artmışdı. Mənim Nicat Qurbanovla mübahisəm düşdü. Amma xoşbəxtlikdən hər şey söz deyişməsi ilə kifayətləndi.

- Bəs buna səbəb nə oldu?
- O, bizim futbolçumuzun üstünə qışqırdı, mən isə dedim ki, buna ehtiyac yoxdur.

- Amma matçdan sonra daha ciddi olaylar baş verdi...
- Final fitindən sonra hamının gözü qarşısında İqbekoyi Sezar Meza Kolliyə zərbə endirdi. Şəxsən mən həmin hadisə zamanı heç kimi vurmadım. Bunu AZAL-ın futbolçuları da təsdiq edə bilər. Nicatın müsahibəsini oxudum. Bizim aramızda heç nə baş verməmişdi.

- AZAL-dan deyirlər ki, "İnter" bizə qalib gələ bilməyəndə həmişə belə münaqişələr baş verir...
- Bu dava videoya da çəkilib. Orada nəyin baş verdiyini görmək mümkündür. Əgər İqbekoyi Kollini vurmasaydı, heç nə olmayacaqdı. Futbol emosional oyundur. AZAL-dakıların dediyində həqiqət ola bilər: biz qələbə qazanmayanda çox əsəbi oluruq.

- Deyilənə görə, davada atanız da iştirak edib...
- O, Tərlan Əhmədovla birgə oyunçuları sakitləşdirməyə çalışırdı.

- Siz heç vaxt belə olaylarda iştirak etməmisiniz?
- Artıq beş ildir burada yaşayıram və bu ölkəyə hörmət edirəm, sevirəm. Burada inkişaf etdim, Gürcüstan yığmasına dəvət olundum. Burada çoxlu dostlarım var. Əlbəttə, belə davalarda heç vaxt iştirak etməmişəm.

- Çoxları belə düşünür ki, yayda Kaxaber Sxadadze ilə yanaşı, siz də Azərbaycandan gedəcəksiniz...
- Mənə elə gəlir ki, atamın gedişi "İnter" üçün böyük itki olacaq. Nəyisə yenidən qurmaq çətin olacaq. Amma ümid edirəm ki, yeni baş məşqçi də kifayət qədər iddialı olacaq. Mənə gəlincə, "İnter"lə müqaviləmin müddəti 2016-cı ildə başa çatacaq. Özümü burada komfortda hiss edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.