26 fevral 2015 15:45

Roman Qriqorçuk: Ümid edirəm ki, Qəbələ Qarabağa qarşı daha yaxşı oyun sərgiləyəcək

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"la oyuna hazırlıq necə gedir?
- Bu komandanın yüksək reytinqə malik olduğundan xəbərimiz var. Ötən il onlar Avropa Liqasında böyük uğura imza atdılar. Biz də bu komandaya böyük hörmətlə yanaşırıq. Rəqibin necə ciddi komanda olduğunu bilirik və bu, bizim üçün böyük test olacaq.

- Bəs nəyə ümid edirsiniz?
- Müsbət nəticəyə.

- İndiki zamanda bu, mümkündür? Axı "Qəbələ" ideal formadan çox uzaqdır...
- İnanırıq ki, vəziyyətdən gündən günə daha da yaxşılaşacaq. "Xəzər Lənkəran"la son oyunumuz uğurlu alındı. Ümid edirəm ki, komanda "Qarabağ"la görüşdə daha yaxşı çıxış edib, müsbət nəticəyə imza ata biləcək.

- Azərbaycan yığmasına dəvət olunmuş futbolçuların hansı vəziyyətdə dönəcəyinə ümid edirsiniz?
- Bu, təbii prosesdir. Yığma oyunçularının arabir sərəncamımızda olmaması normaldır. Onlar yığmada özlərini yaxşı tərəfdən göstərməklə yanaşı, klubun düşərgəsinə də qaydasında dönməyə çalışmalıdırlar. Bu, futbolçu həyatıdır. Öz güclərini düzgün paylaşdırmalıdırlar.

- Yığmamızın Ukrayna "Şaxtyor"u ilə oyununa baxa bildiniz?
- Yayım səviyyəsi aşağı olduğuna görə baxa bilmədim. Amma insanların oyun və Robert Prosineçki barədə fikirlərindən belə nəticəyə gəldim ki, pis oyun alınmayıb.

- Nəticə özü sizə nə deyir?
- Başa düşürəm ki, burada yığmadan söhbət gedir və belədə hamı ilk növbədə nəticəni düşünür. Amma hesab edirəm ki, yoxlama oyunu olduğuna görə nəticə normaldır. Əsas baş məşqçinin istədiyi futbolu sərgiləməkdir. Çünki qarşıda millinin Malta ilə rəsmi oyunu var. Əsas həmin oyuna yaxşı hazırlaşmaqdır. Bu üzdən də mən yoxlama oyunundakı nəticəyə diqqət yetirməzdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.