26 fevral 2015 13:15

Rəşad Sadıqov: Milliyə çağırılan gənclərdən belə oyun gözləmirdim

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- Ukrayna "Şaxtyor"u ilə oyun barədə nə deyə bilərsiniz?
- Normal matç oldu. Avropanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Hücum futbolu sərgiləməyə çalışdıq. Əlbəttə, uduzduğumuza görə təəssüflənirik. Amma hesab edirəm ki, bu oyunu komandamızın aktivinə yazmaq olar.

- Robert Prosineçki oyundan sonra nə dedi?
- O, bizə təşəkkürünü bildirdi ki, verdiyi tapşırıqları mümkün qədər yaxşı yerinə yetirməyə çalışdıq. Əksər futbolçular üçün belə oyun yenilik idi. Məşq ayrı şeydir, oyun ayrı.

- Qol kombinasiyasını məşqlərdə çalışmışdınız?
- Əgər məşqlərdə fikir vermişdinizsə, biz müdafiədən hücuma keçmək üçün müxtəlif kombinasiyalar üzərində çalışırdıq. Namiq Ələsgərovun qol vurduğu kombinasiya da məşqlər zamanı çalışdığımız hərəkətlərdən idi.

- "Şaxtyor"la matçın nəticəsi nə dərəcədə önəmli idi?
- Nəticə hər oyunda vacibdir. Amma bir şərt var. Təbii ki, seçmə mərhələdəki uğursuz oyunlardan sonra komandada özünəinam hissini geri qaytarmağa ehtiyac var idi. Bilirik ki, dörd oyundan sonra xal toplaya bilməmişik, top fərqi də bərbaddır. Bu üzdən də bizim mart ayında Malta ilə qarşılaşmanı qalib başa vurmağımız vacibdir. "Şaxtyor"la oyun da bizə ümid verdi ki, komandamız daha yaxşı oynaya bilər.

- Yəni yığmamız bundan sonra daha yaxşı oyun və nəticə göstərəcək?
- Sərgilədiyimiz futbolun fərqli olacağı dəqiqdir. Gənclərin işə yanaşması daha çox xoşuma gəldi. Onların hətta futbola baxışı da bizimkindən fərqlənir. Onların təcrübəsi az olsa da, artıq bir yola çıxıblar və gələcəkdə hər şeyin daha yaxşı olacağına ümid var. Nəticələrə gəlincə, bunu indidən proqnozlaşdıra bilmərəm. Hər oyunda qələbə qazanacağımızı iddia etməsəm də, istənilən rəqibə müqavimət göstərəcəyimizi deyə bilərəm.

- Belə fikirlər dolaşır ki, Azərbaycanda hücumameylli futbolçular kifayət qədər deyil...
- Heyətlə bağlı problemlər var, amma onları həll etmək olar. Qeyd etdiyim kimi, gənclər xoşuam gəlir. Artıq bizdən sonra kimlərinsə olduğunu görürük. Ümid edirəm ki, tezliklə hücum xəttində də seçim imkanı bol olacaq. Bir daha qeyd edirəm ki, mən gənclərimizdən belə oyun gözləmirdim. Onlar müsbət mənada məni təəccübləndirdilər.

- Bunu eyforiyaya qapılmaq hesab etmək olar?
- Xeyr, heç bir eyforiya yoxdur. Biz məşqçilərlə də söhbət aparırıq. Onlar da etiraf edirlər ki, problemlər var, hər bir komandada problem olur. Amma həmin problemləri yoluna qoymaq da öz əlimizdədir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.