26 fevral 2015 12:45

Robert Prosineçki: Malta ilə oyuna az vaxt qalsa da, ilk qələbəmizi qazanmaq istəyirik

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yerli mətbuatın da diqqət mərkəzindədir. Azerisport.az xəbər verir ki, o, qardaş ölkə mətbuatına açıqlamasında yığmamızdan danışıb, eləcə də Fatih Terim və Slaven Biliçi tərifləyib.

4 ay öncə millimizin sükanı arxasına keçmiş xorvatiyalı mütəxəssis Azərbaycan yığmasının seçmə mərhələ çərçivəsində Malta ilə oyuna hazırlaşdığını bildirib: "Bir çox klubdan təklif gəlməsinə rəğmən, Azərbaycan yığmasına üstünlük verdim. Azərbaycanda çox istedadlı, gələcəyi olan futbolçular var. Ölkənin futbol potensialı çox yaxşıdır. Qarşıda bizi Malta ilə seçmə mərhələ oyunu gözləyir. Səfərdə oynayacağıq. Çox qısa bir zaman olmasına baxmayaraq, qələbə qazanmaq istəyirik".

Prosineçki Xorvatiya yığmasında birgə çalışdığı Slaven Biliçlə çox yaxşı dost olduğunu və tez-tez görüşdüklərini bildirib: "Birlikdə oynadığım və çalışdığım "Beşiktaş"ın baş məşqçisi Biliçlə çox yaxşı dostuq. O, çox yaxşı məşqçidir. "Beşiktaş" hazırda çox yaxşı vəziyyətdədir. "Qalatasaray" və "Fənərbağça" ilə çəkişir. Biliç həm də çox yaxşı insandır".

Türkiyə futbolu və milli komandası haqqında da danışan Prosineçki bunları söyləyib: "Türkiyə futbolu Terimlə sürətli inkişaf edir. Əminəm ki, futbolunuz bu mütəxəssislə daha da yuxarılara çıxacaq".

Prosineçki sabiq klubu "Kayserispor"u da xatırlayıb: "Kayserispor"un da liqadakı durumu çox yaxşıdır. Kayseridə 1.5 il keçirdim. Çox yaxşı günlərimiz keçdi. İlk ildə çox uğurlu oldum. İnşallah, bu il təkrar çempion olarlar və təkrar Super Liqaya qayıdarlar".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.