26 fevral 2015 11:45

Şahin Diniyev: Yığmamız göstərdi ki, sürətli əks-hücumlar qurmağı bacarır

AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Azərbaycan yığma komandasının Ukrayna "Şaxtyor"u ilə yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Şaxtyor" sıradan bir komanda deyil. Hər il Çempionlar Liqasında çıxış edir, Avropanın aparıcı klubları ilə mübarizə aparır. Bütün dünyada klub komandaları yığmalardan daha güclü olur. Elə "Barselona" ilə "Real"ın İspaniya yığmasından daha güclü olduğunu hesab edirəm. "Şaxtyor"la qarşılaşma da Azərbaycan yığması üçün böyük təcrübə oldu".

Diniyev yeni baş məşqçi Robert Prosineçki barədə də xoş sözlər söyləyib: "Komandamız düzgün yoldadır. Çünki baş məşqçi düzgün taktika və strategiya seçib. Bizə yığmaya daha çox gəncləri cəlb etmək lazımdır ki, Prosineçki də bunu edir. Onun komandanın hücum potensialını açması mənim xoşuma gəlir. Futbolçular da göstərdilər ki, onlar hücum futbolu sərgiləməyi bacarırlar".

"Əlbəttə, bizim dünya və Avropa çempionatının final mərhələsinə çıxmağımızdan danışmaq gülməli olar. Amma komandanın yaxşı futbol sərgiləyəcəyinə ümid var".

"Komandanın müdafiədən hücuma çıxması xoşuma gəldi, xüsusilə də sayları. Yığmamız sürətli əks-hücumlar təşkil etməyi bacardığını göstərdi. Hansı ki, əvvəllər bunu çox az görürdük. Bu oyunda isə qolu da məhz əks-hücumda vurduq. Namiq Ələsgərovun qolu möhtəşəm alındı".

"Gənc oyunçuların sayının çox olması oyuna təsirsiz ötüşmədi. Əgər ikinci hissədə də ən azı hər xətt üzrə bir təcrübəli futbolçu meydanda olsaydı, oyunumuzda daha çox əminlik olardı. Amma gənclərlə də hücumlar qururduq, qol vəziyyətləri yaradırdıq. Bədavi Hüseynovun oyunu çox xoşuma gəldi. Onun müdafiə xəttindəki çıxışı səhvlərin daha az olmasına gətirib çıxardı".

Diniyev sonda oğlu Coşqunun da çıxışına qiymət verib: "Coşqunun oyununa gəlincə, o, potensialından aşağı çıxış etmədi. Amma ona dedim ki, daha çox açılması, özünü təklif etməsi lazımdır. Bu, tək ona yox, ikinci hissədə meydana çıxan bütün futbolçularımıza aiddir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.