26 fevral 2015 00:25
Yaşar Vahabzadə: Bizim əsas problemimiz hücumçu çatışmazlığıdır
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Yaşar Vahabzadə Qanaya məğlubiyyəti şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Pis oyun alınmadı. Uşaqlar fəal çıxış etdilər. Təəssüf ki, qələbə qazana bilmədik. Bizim əsas problemimiz hücumçu çatışmazlığıdır. Orxan Əliyev sırf hücumçu olmadığına görə, ona bu mövqedə oynamaq çətin olur".
